Bu sürücünün qanunu pozması hamıya maneə yaratdı 99 QB 873 FOTO+VİDEO

31.01.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Xətai rayonunda yol hərəkəti və parklanma qaydalarının kobud şəkildə pozulması qeydə alınıb. 

Avtosfer.az xəbər verir ki, General Əliağa Şıxlinski küçəsi, 15 ünvanında 99-QB-873 qeydiyyat nişanlı, “Changan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini səkidə, avtobus dayanacağının yanında, eyni zamanda velosipedçilər üçün xüsusi olaraq ayrılmış sahədə park edib.

Avtomobilin bu şəkildə saxlanılması həm piyadaların sərbəst hərəkətinə ciddi maneə yaradıb, həm də ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün əlavə çətinliklər törədib. Xüsusilə avtobus dayanacağında olan sərnişinlərin nəqliyyat vasitəsinə minib-düşməsinə çətinlik yaradıb. 
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, səkilərdə, avtobus dayanacaqlarının yaxınlığında, eləcə də velosiped zolaqlarında və velosipedçilər üçün nəzərdə tutulmuş sahələrdə nəqliyyat vasitələrinin saxlanılması qadağandır və inzibati məsuliyyət yaradır.

Eltac

Oxunub 222

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью