Bu svetoforun əlavə bölməsi görünmür: Sürücülər boşuna dayanıb gözləyirlər VİDEO

19.11.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda yol hərəkətinin təşkilindəki nöqsan sürücülərin lüzumsuz yerə vaxt itirməsinə və yolda sıxlığın yaranmasına səbəb olur. Avtosfer.az xəbər verir ki, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən sürücülər Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməyə çatdıqda svetoforun əlavə bölməsini görməkdə çətinlik çəkirlər.

Belə ki, əlavə bölmənin qarşısını ağac kəsdiyindən sürücülər onu vaxtında fərq edə bilmirlər. Xüsusilə həmin ərazidən az istifadə edən sürücülər svetoforda əlavə bölmənin olduğunu bilmədikləri üçün sağa dönmək əvəzinə əsas bölmədə yaşıl işığın yanmasını gözləyirlər. Nəticədə sağa dönə biləcək nəqliyyat vasitələri gözləməli olur və bu da yolda süni sıxlıq yaradır.

Ümid edirik ki, aidiyyəti qurumlar problemin aradan qaldırılması üçün qısa zamanda müvafiq tədbirlər görəcək və svetoforun əlavə bölməsinin görünməsinə mane olan ağac budaqları budanacaq.

Fərid

bax.tvhttps://bax.tv/embed/228989.html

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью