Bu taksi Türkiyədə də sifariş qəbuluna başladı

12.12.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

"Yandex Go" taksi sifarişi xidməti Türkiyədə test rejimində işə başlayıb.

Publika.az-ın məlumatına görə, “Yandex Go"nun sifariş xidmətinin işə salındığı ilk şəhər Antalya olub. Şirkət hazırda şəhərin mərkəzi və beş ən böyük rayonunda sınaq rejimində fəaliyyət göstərir.

Bildirilib ki, proqram türk, rus, ingilis və digər dillərdə mövcuddur. Avtomobilinizdə terminal varsa, gediş haqqını nəğd və ya Türkiyədə etibarlı olan kartla ödəyə bilərsiniz.

"Yandex Go" lisenziyalı taksi sürücüləri ilə işləyən yerli tərəfdaş şirkətlərlə əməkdaşlıq edir", - deyə mətbuat xidməti əlavə edib.

Adəm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью