Bu, tamamilə cəfəngiyyatdır və heç bir əsası yoxdur”

02.09.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Avropanın guya Rusiyanın ona hücum etmə planları ilə bağlı iddiaları — ya təxribatdır, ya da tamamilə səriştəsizlik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə söhbətində səsləndirib.

“Sağlam düşüncəyə sahib hər bir insan yaxşı anlayır ki, Rusiyanın heç vaxt heç kimə hücum etmək istəyi olmayıb, yoxdur və olmayacaq”, - Putin bildirib.

Putin həmçinin bu cür iddiaların tamamilə əsassız və mənasız olduğunu qeyd edib: “Rusiyanın guya Avropaya qarşı aqressiv planlarına gəlincə – bir daha vurğulamaq istəyirəm ki, bu tamamilə cəfəngiyyatdır və heç bir əsası yoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью