Bu, Tanrının ədaləti idi Paraqvay millisinin baş məşqçisi

30.06.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində  Almaniya yığmasını penlti seriyasında üstələyərək (1:1, penaltilər: 4:3) 1/8 finala yüksələn Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Biz heç vaxt özümüzü əvvəldən uduzmuş saymırıq. İyirmi altı döyüşçü meydana çıxdı və hər biri əfsanəyə çevrildi. Qrup mərhələsinin birinci turunda ABŞ-yə məğlubiyyətdən dərs çıxarmasaydıq, bu matça hazırlaşa bilməzdik.

Uşaqlara unudulmaz axşam yaşadığımızı dedim. Biz hə r şeyə mübarizə nəticəsində nail oluruq.

Kanale (həlledici zərbənin müəllifi) həyatda əsl qəhrəmandır. O, çox çətinliklərdən keçib. Bu, Tanrının ədaləti idi".

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Mundial həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью