Bu tapmacanın cavabını çoxları tapa bilmir Son rəqəm nə olmalıdır?

05.09.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan riyazi tapmaca istifadəçilərin diqqətini çəkib. Tapşırıqda adi toplama əməliyyatından fərqli nəticələr verilir və sonuncu misalın cavabını tapmaq tələb olunur.

Lent.az xəbər verir ki, tapmacada aşağıdakı misallar göstərilib:

8 + 2 = 16106

5 + 4 = 2091

9 + 6 = 54153

7 + 5 = ?

İlk baxışda sağ tərəfdəki rəqəmlər təsadüfi görünə bilər. Lakin bütün misallar eyni qaydaya əsaslanır.

Tapmacanın həlli üçün verilən iki ədəd üzərində ardıcıl olaraq üç əməliyyat aparılmalıdır: vurma, toplama və çıxma. Daha sonra alınan nəticələr yan-yana yazılır.

Məsələn:

8 × 2 = 16

8 + 2 = 10

8 − 2 = 6

Nəticələri ardıcıl yazdıqda 16106 alınır.

Eyni qayda digər misallara da tətbiq olunur.

9 × 6 = 54

9 + 6 = 15

9 − 6 = 3

Beləliklə, nəticə 54153 olur.

Sonuncu misalda isə:

7 × 5 = 35

7 + 5 = 12

7 − 5 = 2

Alınan nəticələr yan-yana yazıldıqda 35122 əldə edilir.

Beləliklə, tapmacanın düzgün cavabı 35122-dir.

Bu cür tapmacalar yalnız hesablama bacarığını deyil, həm də məntiqi düşünməyi, qanunauyğunluğu müəyyən etməyi və standart həll üsullarından kənara çıxmağı tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью