Bu tarixdə Almaniyada hava limanları işləməyəcək

08.03.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyada martın 10-da 11 hava limanında birgünlük tətil ediləcək. SİA xəbər verir ki, bununla bağlı Almaniyanın ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Verdi ictimai sektor və yerüstü xidmət işçilərinə çağırış edib. Əvvəlcə Frankfurt aeroportunda planlaşdırılan tətilin sonradan Münxen, Ştutqart, Köln-Bonn, Düsseldorf, Dortmund, Hannover, Bremen, Hamburq, Berlin-Brandenburq və Lepytsiq-Halle aeroportlarını əhatə edəcəyi bildirilib. Səbəb isə dövlət və bələdiyyələrlə davam etdirilən əməkhaqqı danışıqlarıdır. Bildirilir ki, hazırda işəgötürənlər hələ də konkret təklif irəli sürməyiblər və tələbləri yerinə yetirməyə hazır olmadıqlarını bildiriblər. Bu tətil xəbərdaredici funksiya daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью