Bu tarixdə Bakıda 27° isti olacaq

14.03.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.

Milli.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında +22 dərəcədən +27 dərəcəyədək, Aran rayonlarında +25 dərəcədən +30 dərəcəyədək, dağlıq rayonlarda isə +18 dərəcədən +23 dərəcəyədək olacaq.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью