Icma.az bildirir, Demokrat.az portalına istinadən. “Azərbaycanda internetin qiyməti və keyfiyyəti məsələsi son illərdə ictimai müzakirələrin
Bəzi ölkələrdə dövlət rəqəmsal inkişafı prioritet elan edib və internetə çıxışı insan hüququ kimi tanıyıb.
Bu ölkələrdə hökumət infrastrukturun qurulmasını öz üzərinə götürür, nəticədə qiymətlər aşağı düşür”.
Bunu Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Həsən Qurbanov bildirib.Onun sözlərinə görə, Azərbaycanda da texnoloji baxımdan ölkə üzrə pulsuz və ya çox ucuz internet təmin etmək mümkündür:“Lakin bunun üçün həm güclü infrastruktur, həm də rəqabətli bazar mühiti lazımdır.
Hazırda ölkədə əsas internet infrastrukturuna bir neçə iri provayder nəzarət edir.
Bu, bazarda rəqabətin məhdudlaşmasına və qiymətlərin süni şəkildə yüksək qalmasına səbəb olur.
Mobil operatorların xidmət səviyyəsi son illər nisbətən yaxşılaşıb, amma hələ də Avropa standartlarından geri qalır.
Xüsusilə, regionlarda internetin sürəti və stabilliyi aşağıdır.