Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq. Hər il noyabr ayının son Cümə günü ABŞ-da “Qara Cümə” (“Black Friday”) adlı endirim kampani
Azərbaycanda da bu təcrübəni tətbiq edən mağaza və onlayn platformalar var.
İqtisadçı Fuad İbrahimov “Qara Cümə” endirimləri ilə bağlı “Yeni Sabah”a danışıb: “Azərbaycanda keçirilən “Qara Cümə” ilə ABŞ-da keçirilən eyniadlı kampaniyanın heç bir əlaqəsi yoxdur.
Sadəcə, adından istifadə edirlər. Ticarətin strukturu buna imkan vermir. Çünki satışdakı məhsulların əksəriyyəti idxal olunmuş məhsullardır.
Dəyəri də öz üzərindədir. Əgər sözügedən endirim qida məhsullarına tətbiq olunmur. Heç bir ticarət şəbəkəsi ziyanla üzləşmək fikrində deyil.
Amma alıcıları cəlb etməkdən ötrü müəyyən qiymət yaratma üçün müxtəlif fəndlərdən istifadə edilir.
Ona görə də sözügedən kampaniyada məhsulların 80-90 faiz endirimlə verilməsi halları yoxdur.
Sadəcə qiymət fəndləri sayəsində layihənin adında istifadə edərək belə bir gün təyin edirlər.