Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək

26.11.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

2026-cı ildə ilin ən qısa gündüzü dekabrın 21-də müşahidə olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı astronom Lyudmila Koşman RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dekabrın 21-də qış gündönümü baş verəcək. Bu tarixdə Şimal yarımkürəsində ilin ən uzun gecəsi və ən qısa gündüzü qeydə alınacaq.

Astronom qeyd edib ki, həmin gün gündüzün müddəti 6 saat 59 dəqiqə təşkil edəcək.

Qış gündönümü zamanı Günəş səmada ən aşağı mövqedə olur və bundan sonra gündüzlər tədricən uzanmağa, gecələr isə qısalmağa başlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью