Bu tarixdə meteor yağışı olacaq

13.04.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Aprelin sonunda "π-Puppid" meteor yağışı müşahidə ediləcək.

Bu barədə Axşam.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Məlumata görə, meteor yağışının maksimum aktivliyi isə 22–24 aprel tarixlərinə təsadüf edəcək. Bu meteor axını əsasən Cənub yarımkürəsində daha yaxşı müşahidə olunsa da, əlverişli şəraitdə bəzi hallarda Şimal yarımkürəsinin aşağı enliklərindən də görünür.

Qeyd edilib ki, "π-Puppid" meteor yağışı Yer kürəsinin "26P/Grigg–Skjellerup" kometinın buraxdığı toz hissəcikləri ilə qarşılaşması nəticəsində yaranır. Bu komet Günəş ətrafında təxminən 5 illik perioda malikdir və hər yaxınlaşma zamanı kosmosa çoxlu xırda hissəciklər yayır. Yer həmin hissəciklərin sıx olduğu sahədən keçəndə meteor yağışı müşahidə olunur. Bu meteor axınının ən maraqlı xüsusiyyəti onun qeyri-sabit olmasıdır: bəzi illərdə demək olar ki, heç meteor görünmədiyi halda, bəzi illərdə qəfil aktivlik artımı (outburst) baş verə və saatda onlarla meteor müşahidə edilə bilər.

Bu meteorlar Yer atmosferinə daxil olduqda nisbətən orta sürətlə hərəkət edir. Onların geosentrik sürəti təxminən 18 km/saniyə təşkil edir. Bu sürət Liridlər kimi sürətli meteor yağışları ilə müqayisədə daha aşağıdır, buna görə də "π-Puppid" meteorları bəzən daha yavaş və daha uzun görünən izlər yarada bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью