Bu tarixdə prezidentlik dövrüm başa çatacaq Sisi

17.10.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi səlahiyyət müddətinin 2030-cu ildə bitəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, əs-Sisi prezidentlik dövrünün uzadılması üçün konstitusiyada dəyişikliklər edilməsi fikrini istisna edib.

“2030-cu ildə mənin prezidentlik dövrüm başa çatacaq. Bu məsələ tamamilə həll olunub”, - o bildirib.

Qeyd edək ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən bəri Misir dövlətinə rəhbərlik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью