Bu tarixdə Qərb Gürcüstanda xoas başlada bilər

18.07.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Qərb bu ilin payızında keçiriləcək yerli seçkilər zamanı Gürcüstanda növbəti dəfə sabitliyi pozmağa çalışacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

"Artıq biz kənardan sabitliyi pozmağa cəhdin olduğunun ilk əlamətlərini görürük. Brüsselin bəzi addımları bizə xaricdən ölkədə sabitliyi pozmağa cəhdin olacağını bildirir. Son seçkilərdə də gördüyümüz və sonradan bunun seçkilərə müdaxilə olduğu təsdiqləndiyi kimi, mən hesab edirəm ki, bu halda oxşar məktublar və qətnamələrdən istifadə etmək cəhdləri olacaq", - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью