Bu tarixdə üçüncü yerüstü metro stansiyası istifadəyə veriləcək

13.08.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:

"Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək".

Xatırladaq ki, yeni yerüstü stansiya metronun "yaşıl" xəttinin "Dərnəgül" deposunda yerləşir.

Qeyd edək ki, hazırda Bakıda "Bakmil" və "Xocəsən" yerüstü metro stansiyaları fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью