Bu tarixdə Yer kürəsində nə baş verib? Alimlər sirri açdı

15.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

2023-cü il sentyabrın 16-da Qrenlandiyanın şərqində böyük dağ yamacının uçması nəticəsində yaranan sunami doqquz gün ərzində hər 92 saniyədən bir təkrarlanan seysmik siqnal yaradıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, dağ süxurları və buzlaq kütləsi Dikson fiyorduna (dəniz və ya okean sularının quruya doğru daxil olduğu, sahilləri dik və hündür qayalıqlardan ibarət dar, uzun körfəz - red.) tökülərək suyu qarşı sahilə, 200 metrdən çox hündürlüyə qaldırıb. Fiyordun coğrafi quruluşu nəhəng dalğanın açıq okeana çıxmasına imkan verməyib. Nəticədə su kütləsi dar körfəzdə irəli-geri hərəkət edərək dayanmış dalğa (seyş) yaradıb.
 

Alimlər müəyyən ediblər ki, suyun qayalı sahillərə təkrar-təkrar çırpılması Yer qabığında aşağıtezlikli seysmik dalğalar yaradıb. Bu siqnallar dünyanın müxtəlif yerlərindəki seysmik stansiyalar tərəfindən qeydə alınıb.


Peyk radarlarından əldə edilən məlumatlar dalğanın amplitudasının 8 metr olduğunu təsdiqləyib. Tədqiqatçılar hadisənin əsas səbəbinin buzlaqların əriməsi və dağ yamaclarının sabitliyini itirməsi olduğunu bildirirlər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью