Bu tarixdən metroda ciddi dəyişiklik olacaq Rəsmi açıqlama

02.05.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"28 May" stansiyası bağlanmır, müəyyən istiqamətlərdə hərəkət məhdudlaşdırılacaq.

Bunu "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan "İctimai proseslər media müstəvisində" mövzusunda 2-ci Forumun "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində" adlı panel sessiyasında çıxışı zamanı deyib.

"Xətlərin kəsişməsi, "28 May stansiyasında birləşmə, metrodakı ləngiləmələr böyüyən şəhərin nəbzini tutmağa kömək etmirdi", - o qeyd edib.

O bildirib ki, metronunun inkişafı qarşıdakı xüsusi addımlarla irəliləyəcək:

"Bu ilin sonunda "28 May"dan "Dərnəgül" istiqamətinə hərəkət tam məhdudlaşdırılacaq.

"28 May stansiyası bağlanır" ifadəsi son zamanlar cəmiyyətdə ən məşhur ifadələyə çevrilib. "28 May" stansiyası bağlanmır. Sadəcə qeyd etdiyim istiqamətlərdə hərəkət məhdudlaşdırılacaq".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью