Bu tarixdən müəllimlərə xüsusi kartlar veriləcək RƏSMİ

20.12.2024

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllimlərə müəyyən güzəştlər təqdim edəcək “təhsil kartları” gələn ilin ilk rübündə ölkəyə gətiriləcək.

Sfera.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.

Qurum rəhbərinin sözlərinə görə, təhsil kartlarının istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq:

“Təhsil kartlarının hazırlanması və ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq”, - Elnur Nəsibov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью