Bu tarixdən yollarda nəzarət güclənəcək

01.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtomobil yollarında yeni texnologiyaya əsaslanan daha 3 elektron tərəzi quraşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, elektron tərəzilərlə nəzarət tədbirlərinə oktyabrın 2-dən başlanılacaq.

Yeni tərəzilərin 2-si M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci kilometrində, Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində, 1-i isə M-6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 18-ci kilometrində, Sabirabad rayonunda quraşdırılıb. pizza

Elektron tərəzilərin tətbiqində əsas məqsəd yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.

Daşıyıcılardan qabarit, çəki və oxa düşən kütlə ilə bağlı müəyyən edilmiş tələblərə riayət etmələri xahiş olunur.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью