Bu tarixə kimi maneələri aradan qaldıracağıq Pezeşkian

14.02.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mart ayının sonunadək “Şimal-Cənub” layihəsinin icrasına mane olan bütün əngəllər aradan qaldırılacaq.

Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, İran və Rusiya münasibətləri möhkəmdir, tərəflər arasında bir sıra sazişlər bağlanıb və həyata keçirilir.

“İl sonuna qədər (Hicri-şəmsi təqvimi ilə ilin sonu 20 mart 2026-cı ilə təsadüf edir) bütün maneələri aradan qaldıracağıq ki, arzulanan dəmir yolu marşrutu tikilib istifadəyə verilsin”, – Pezeşkian bildirib.

Qeyd edək ki, Rusiya və İran birgə Rəşd–Astara dəmiryol layihəsini həyata keçirir. Layihənin dəyəri 1,6 milyard avro təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью