Bu, tarixin ən qəddar soyqırımlarından biridir Ərdoğan

11.07.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımında həyatını itirənlərin xatirəsini yad edib.

Axar.az xəbər verir ki, Türkiyə lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Tarixin ən qəddar soyqırımlarından biri olan Srebrenitsanın 31-ci ildönümündə qətlə yetirilən bütün bosniyalı qardaş və bacılarımızı hüzn və kədərlə yad edirəm. Şəhidlərimizin müqəddəs xatirəsini hörmətlə yad edir, ailələrinə və yaxınlarına başsağlığı verir və səbrli olmalarını diləyirəm. Srebrenitsanı heç vaxt unutmayacağıq”, - Ərdoğan qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью