Bu tarixlərdə ehtiyatlı olun: Güclü yağış və sel gözlənilir

20.11.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Azərbaycanda bir neçə gün davam edəcək yağıntılı hava şəraiti gözlənilir. Bəzi ərazilərdə yağışın intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı, çaylarda isə sululuğun artacağı ehtimal olunur.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi gözlənilir.

Bundan başqa, noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında da hava şəraiti dəyişəcək. Noyabrın 23-ü səhərədək bəzi ərazilərdə fasilələrlə yağıntılı hava müşahidə olunacaq. Məişət texnikası

Ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi də istisna edilmir.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью