Bu tarixlərdə işləyənlərə ikiqat ödəniş olunacaq AÇIQLAMA

04.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bayram günləri işçilərin istirahəti üçün nəzərdə tutulsa da, bəzi müəssisələrdə əmək fəaliyyəti adi qaydada davam edir.

Xüsusilə xidmət, ticarət və digər sahələrdə çalışan şəxslər bayram günlərində də iş başında olurlar. Belə hallarda işçilərin əmək hüquqlarının qorunması və gördükləri işə görə ödənişlərin düzgün hesablanması mühüm məsələlərdən biridir.

Bəs işəgötürən bayram günlərində işçiləri işləməyə məcbur edə bilərmi? Həmin günlərdə çalışan şəxslərə əlavə əməkhaqqı ödənilməlidirmi ? Marqarita pizza

"Yeni Sabah" xəbər verir ki, hüqüqşünas Ramil Süleymanov Sfera.az-a açıqlamasında deyib ki, işəgötürən işçinin razılığı ilə onun istirahət və bayram günlərində işlədilməsi ilə bağlı əmr qəbul edə bilər:

“İşçilərin istirahət günlərində, o cümlədən Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günü hesab edilən bayram günlərində, eləcə də Ümumxalq Hüzn Günündə işə cəlb olunmasına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən yol verilmir. Lakin müəyyən kateqoriyadan olan işlər var ki, həmin işlərin mütləq qaydada görülməsi zərurəti yaranır. Belə hallarda işəgötürən işçinin razılığı ilə onun istirahət və bayram günlərində işlədilməsi barədə qabaqcadan müvafiq əmr qəbul edir. Həmin əmr işçilərə təqdim edildikdən və onlar əmrlə tanış olduqdan sonra işə çıxmalarına icazə verilir”.

Hüquqşünas bildirib ki, bayram günlərində işçilərə mütləq qaydada əlavə ödəniş edilməlidir:

“Ancaq istirahət günlərində, iş günü hesab edilməyən bayram günlərində və Ümumxalq Hüzn Günündə işə cəlb olunan işçilərə mütləq qaydada əlavə ödəniş edilməlidir. Belə ki, işçi vaxtamuzd, yəni gündəlik və ya saatlıq tariflə işləyirsə, ona ikiqat məbləğdən aşağı olmayan əməkhaqqı ödənilməlidir. İşəmuzd ödəniş sistemində isə əməkhaqqı ikiqat işəmuzd qiymətindən aşağı olmamaq şərtilə hesablanmalıdır. Mütləq qaydada həmin işçilərin əməkhaqqında bu ödənişlər ayrıca qeyd olunmalıdır”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью