Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Bakıda külək güclənəcək, rayonlarda isə leysan və dolu gözlənilir.
"Yeni Sabah" xəbər verir ki, Meteorologiya Xidməti yaxın günlər üçün hava proqnozunu açıqlayıb.
Məlumata görə, avqustun 20-si gündüzdən 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu 29-33 dərəcə isti olacaq. Sezar pizza
Avqustun 22-23-də isə paytaxt və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim cənub-şərq küləyi əsəcək, temperatur 30-35 dərəcə isti olacaq.
Rayonlarda avqustun 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Fasilələrlə yağıntı yağacaq, bəzi yerlərdə leysan xarakterli intensiv yağış, şimşək və dolu ehtimalı var.
Avqustun 22-23-də rayonlarda da əsasən yağmursuz hava müşahidə olunacaq. Aran rayonlarında temperatur 33-38, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti olacaq.
Qeyd edək ki, avqustun 19-dək ölkədə temperatur 17 gün normadan 0,4-5,2 dərəcə yüksək olub. Ayın 9-da isə temperatur normadan 5,2 dərəcə yüksək qeydə alınıb və həmin gün maksimal temperatur 38,6 dərəcə təşkil edib.