Bu tay, o tay, bir birimizlə qohumuq... Pezeşkian

27.04.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biz qonşu olaraq bir-birimizə çox kömək edə bilərik.

Axar.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, ölkələr arasında əməkdaşlıq imkanları mövcuddur: “İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Ölkələrimiz arasında sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq edə bilərik. Universitetlərimiz arasında əlaqələr yarada, görüşlərdə ticarət əlaqələrini müzakirə edə bilərik”.

“Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik”, - İran Prezidenti vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью