Bu tədris ilində neçə tələbə təhsil krediti götürüb?

03.02.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-2026-cı tədris ilinin payız semestri üzrə Təhsil Tələbə Krediti Fondunun “e-ttkf.edu.az” elektron portalına 16 min 537 müraciət daxil olub.

Fonddan bildirilib ki, cari tədris ilində 14 min 281 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilib.

Rəsmiləşdirilən müqavilələrin 5005-i sosial, 9276-sı isə standart növ təhsil tələbə kreditidir.

Statistikaya əsasən payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciət edənlərin 4746-sı (33 faizi) kişi, 9535-i (67 faiz) isə qadındır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью