Bu təhlükələr insanlığın sonunu gətirə bilər

31.10.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Dünyada iqtisadi inkişaf və texnoloji tərəqqi ilə yanaşı, milyonlarla insanın təhlükəsiz və sabit həyat şəraitinə çıxışında ciddi problemlər qalmaqdadır.

"Cebheinfo.az" xəbər verir ki, münaqişələr, siyasi qeyri-sabitlik, yoxsulluq, borc yükü və iqlim dəyişiklikləri bir çox ölkədə insanların gündəlik həyatına təsir göstərir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2025-ci ildə açıqladığı “Kövrək Vəziyyətlər 2025” hesabatına görə, dünyada təxminən 2,1 milyard insan yüksək və ya həddindən artıq kövrəklik riski ilə üzləşən ölkə və ərazilərdə yaşayır.  Bu, dünya əhalisinin təxminən 25 faizini təşkil edir. Sənəddə ümumilikdə 177 ölkə və ərazi qiymətləndirilib.  Onlardan 43-ü yüksək, 18-i isə həddindən artıq kövrəklik səviyyəsində təsnif edilib. Qiymətləndirmə zamanı iqtisadi vəziyyət, siyasi idarəetmə, təhlükəsizlik, sosial münasibətlər, ətraf mühit və insan inkişafı kimi amillər nəzərə alınıb.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri yoxsulluğun bu ərazilərdə cəmləşməsidir. Belə ki, 2024-cü ildə dünyada həddindən artıq yoxsulluq şəraitində yaşayan insanların 72 faizi yüksək və ya həddindən artıq kövrəklik riski olan ərazilərin payına düşüb. Hesabatda bu göstəricinin 2040-cı ilədək 92 faizə çata biləcəyi proqnozlaşdırılır. Bundan başqa, 2010–2023-cü illərdə bu ərazilər qlobal karbon qazı emissiyalarının 4 faizindən azını yaratsalar da, dünyada qeydə alınan təbii fəlakətlərin 29 faizi və belə hadisələr nəticəsində baş verən ölümlərin 50 faizi həmin ərazilərin payına düşüb.

OECD mütəxəssisləri hesab edirlər ki, bu ölkələrdə iqtisadi, sosial və ekoloji problemlər bir-biri ilə əlaqəlidir. Buna görə də vəziyyətin yaxşılaşdırılması üçün yalnız iqtisadi yardım deyil, idarəetmə, təhlükəsizlik və sosial müdafiə sahələrində də uzunmüddətli tədbirlər görülməlidir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью