Bu təhlükəli vərdiş telefonun bateriyasını tez öldürür

29.06.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

Tez-tez mobil telefonunuzu noutbukunuzun yanına qoyursunuz? Bunu bir daha etməyin!

AzPost bildirir ki, smartfonu işləyən noutbukun yanına qoymaq düzgün deyil. Bu iki cihaz arasında ən azı 1 metr məsafə olmalıdır.

Niyə smartfonu noutbukun yanına qoymaq olmaz?

Smartfon həm siqnal qəbul edən, həm də ötürən bir cihazdır. Noutbuk isə daxili Wi-Fi adapteri və Bluetooth modulu olan bir cihazdır. Əgər mobil telefon işləyən noutbukun yanına qoyularsa, o zaman elektrik siqnallarında dalğalanma (interferensiya) baş verə bilər.

Bunun nəticələri

Telefonun batareyasının tez boşalması – siqnalların qarşılıqlı təsiri smartfonun enerji sərfiyyatını artırır.

Telefonun batareyasının erkən sıradan çıxması – davamlı yüksək enerji sərfiyyatı batareyanın ömrünü azaldır.

Siqnal kəsilmələri və əlaqə problemləri – interferensiya səbəbindən Wi-Fi və Bluetooth bağlantılarında problemlər yarana bilər.

Smartfonu hara qoymaq lazımdır?

Smartfonu noutbukdan ən azı 1 metr uzaqda saxlayın.

Ən yaxşısı – onu 2-3 metr məsafədə saxlamaqdır.

Bu qayda masaüstü (stasionar) kompüterlərə də aiddir.

Nəticə: Telefonun batareyasının ömrünü uzatmaq və siqnal problemlərindən qaçmaq üçün onu noutbuk və kompüterlərin yanına qoymamaq tövsiyə edilir.(lent.az)

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью