Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyəli müğənni Bülənt Ərsoy Kuşadasındakı konsertində gecikdiyi üçün onu tənqid edən tamaşaçıya təhqir dolu ifadələr səsləndirməsinə aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, məsələ ilə bağlı ifaçı sosial media hesabında açıqlama yayıb:
“Konsertimdə çox şiddətli keçən xəstəliyim səbəbindən üç sistem vurduraraq, dörd həkim və iki tibb bacısının nəzarəti altında tir-tir titrəyərək səhnəyə çıxdım. Sizlər bilet alıb, vəfa göstərib və məni dinləmək üçün üç min nəfər gəlmişdiniz. Həmin gecə xəyal qırıqlığı yaşamamağınız üçün sağlamlığımı heçə sayaraq bütün riskləri gözə aldım və səhnəyə çıxdım.
Ancaq bir nəfər yüksək səslə: “Harada qaldınız, saat neçədir, fərqindəsinizmi?” deyə, səsləndi. Xəstə halımla səhnəyə çıxan mənə bu cür münasibət bəsləyən birinə elə cavab verməyim hörmətsizlik deyil, həddini bilməkdir.
Mənim anam, atam öldü, səhnəyə çıxdım. Xəstələndim və yenə eyni şəkildə səhnəyə çıxdım. Konsert zalının qarşısında təcili yardım maşını gözləyərkən səhnəyə çıxdım. Yenə xəstələnsəm, yenə çıxaram.
Kim nə yazırsa yazsın, nə deyirsə desin. Xəstəliyim barədə məlumat əvvəlcədən dəyərli dinləyicilərimə bildirildiyi halda, həmin gecə o vəziyyətdə səhnəyə çıxıb hörmətimi göstərdiyim zaman bir nəfərin bu qədər yüksək səslə etdiyi tərbiyəsizliyə tərəfimdən lazımi cavab verilib.
Əslində həmin an səhnədən enməli idim. Amma bir nəfərə görə səhnədən ensəydim, bu dəfə də hamı deyəcəkdi: “Bəs 2999 nəfərə göstərdiyiniz hörmət harada qaldı?”.
Mən ruhumu təslim edəcəyəm, amma səsim son nəfəsimə qədər daş kimi möhkəm səslənəcək və səslənməyə davam edəcək. Düşmənlərim çatlasın!”.