Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Biz varlığımızla cəmiyyətin hər sahəsinə güc və dəyər qatırıq. Ancaq bu yol sadəcə qadınların addımladığı yol deyil. Bu böyük mübarizədə hər zaman yanımızda olan kişilərimizi görməkdən şərəf duyuruq. Çünki bu təkcə qadınların deyil; bütün Türk dünyasının ortaq işidir".
Newscenter.az xəbər verir ki, bunları Dünya Türk Qadınlar Platformunun rəhbəri Günay Əliyeva deyib. O qeyd edib ki, birlikdə nə qədər güclü olsaq, yolumuz bir o qədər işıqlı olur:
"Bütün Türk dünyasının qadınlarını Dünya Türk Qadınları Platforması çətiri altında birləşməyə dəvət edirəm. İnanıram ki, bu platforma hər bir qadının həyatında mənalı yer tutacaq və onların səsini bütün dünyaya çatdıracaq. Birliyimiz, həmrəyliyimiz və ortaq iradəmiz Türk dünyasında qadın gücünün artmasına böyük töhfə verəcək".
Süleyman