Bu təkərin çəkisi fili kölgədə qoydu!

25.06.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

“Bridgestone” şirkəti karxana avtomobillərində istifadəsi nəzərdə tutulan 33.25/R29 ölçülü təkəri təqdim edib. 

Avtosfer.az xəbər verir ki,   ağır iş rejimi üçün nəzərdə tutulan şinin kütləsi 5,2 tondur. Başqa sözlə, şinin kütləsi fildən ağırdır. Diametri 4 metri ötən şinin montajı üçün kran və digər avadanlıqlar istifadə edilir.

Afrika ölkələrində bu tip şinlərə maraq böyükdür. Karxanalarda ağır yük və sərt filizlər (pis yol örtüyü) təkərlərin sürətlə sıradan çıxmasına səbəb olur. Adi yük avtomobillərinin şinləri bu cür istismar şəraitinə tab gətirmir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью