Bu təklifi qəbul edən Ukrayna siyasətçisi ölümə məhkumdur Zərdüşt Əlizadə | Icma.az
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Rusiya-Ukrayna müharibəsi günü-gündən şiddətlənir.
Digər tərəfdən isə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp buna son qoymağa nail olmaq üçün danışıqlara hazır olduğunu bildirib.
O, hakimiyyətə gəlməmişdən öncə də dünyada müharibələri dayandırmağın əsas məqsədlərindən biri olduğunu demişdi.
Bəs Tramp tərəfləri sülhə razı sala biləcəkmi? Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, sülhə mane olan
"Sülhə nail olmaq əməli cəhətdən çox çətindir. Tərəflərin indiyəcən səsləndirdikləri fikirlər bir-birinə ziddir.
Ukrayna iddia edir ki, biz ərazimizin itirilməsinə razı olmayacağıq, Rusiyanın Ukraynanı işğal etməsini qəbul etmirik və Ukrayna suveren dövlət kimi NATO-ya üzvlük ideyasından əl çəkməyəcək.
Rusiya isə Ukraynanın NATO-da üzv olmasını qəbul etmir, rus ordusunun indiyə kimi işğal etdiyi bütün ərazilərin Rusiya Federasiyasının konstitsiyasına görə, onun ərazisində olduğunu və Ukraynaya qaytarılmayacağını bildirir.
Qısacası, Ukrayna 1991-ci il sərhədlərini istəyir. Rusiya isə həmin torpaqları qaytarmayacağını, bundan da artığını etmək istədiklərini deyi
Tam oxu
Xəbəri oxu