Bu telefonlar bahalaşa bilər

03.04.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Apple”ın məhsulları bahalaşa bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Qeyd olunub ki, səbəb ABŞ-ın ticarət tarifləridir:

“Vyetnam, Çin və Hindistan kimi şirkət məhsullarının istehsal edildiyi ölkələr üçün paylar xüsusilə yüksəkdir. “Apple” ya bu rüsumları ödəyəcək, ya da istehlakçılar üçün qiymətləri artıracaq”.

Qəzet belə qənaətə gəlib ki, şirkətin səhmləri ikinci dərəcəli ticarətdə artıq 5,7% ucuzlaşıb.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью