Bu telefonlarda “WhatsApp” işləməyəcək SİYAHI

30.11.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

2025-ci il dekabrın 1-dən etibarən “WhatsApp” köhnə “Android” və “iPhone” modellərinə dəstəyi dayandırır.
"Cebheinfo.az" xəbər verir ki, Bu telefonlarda tətbiq açılmayacaq, mesaj göndərmək mümkün olmayacaq.
Şirkət bu addımın mütəmadi təhlükəsizlik yeniləmələrinin bir hissəsi olduğunu açıqlayıb. Təhlükəsizlik yeniləmələri almayan köhnə əməliyyat sistemləri “WhatsApp” tərəfindən yetərsiz kimi qiymətləndirilir.
“WhatsApp” tərəfindən dəstəklənməyən əməliyyat sistemləri aşağıdakılardır.
“Android 5.1” və daha köhnə versiyalarla işləyən modellər:
•“Samsung Galaxy S5”
•“Sony Xperia M4 Aqua”
•“Motorola Moto X”
•“LG G4”
•“HTC One M8”
•“Huawei Ascend Mate 7”
•“Asus ZenFone 2”
“iOS 11” və daha köhnə versiyalarla işləyən “iPhone” modelləri:
•“iPhone 6”
•“iPhone 6s”
•“iPhone 7”
•“iPhone SE” (1-ci nəsil)
•“iPhone 8”
•“iPhone 8 Plus”
Hələ texniki cəhətdən işlək olsa da, bu cihazların təhlükəsizlik proqramları “WhatsApp” tərəfindən artıq yetərli sayılmır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью