Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan milli mətbuatının əsası sayılan “Əkinçi” qəzetinin nəşrindən keçən 150 il ölkənin ictimai fikir tarixində mühüm mərhələ kimi qeyd edilir.
Bu münasibətlə Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra media nümayəndələri, o cümlədən peşəkar jurnalistlər, redaktorlar və mətbuat sahəsində xüsusi xidmətləri olan 26 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 1 nəfər 1-ci dərəcəli “Əmək” ordeni, 10 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 126 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.
Həmçinin, 26 nəfərə “Əməkdar jurnalist” fəxri adı, 3 media nümayəndəsinə isə Prezidentin fərdi təqaüdü verilib.Modern.az Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “Əməkdar jurnalist” fəxri adını layiq görülən jurnalistlərlə həmsöhbət olub.
Report İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev: “Prezident İlham Əliyevin Milli Mətbuatın Günü ilə bağlı imzaladığı sərəncamda adı əks olunan bütün həmkarlarım o təltifə layiqdirlər.
Siyahıda olan adların Azərbaycan mətbuatında iz buraxıb. Siyahıda olmağım mənim üçün də qürur verici, həm də əlavə məsuliyyətdir.
Əlbəttə ki, əvvəlki əməyinlə, işlərinlə hansısa iz qoyduğun üçün Cənab Prezident tərəfindən təltif olunursan, amma yerində dayanmaq olmaz, yeni-yeni işlər görmək lazımdır.
Bu təltif bizi ruhlandırır və yeni işlərin görülməsində, Azərbaycanın həm daxili, həm xarici siyasəti, həm də iqtisadiyyat və digər sahələrdəki uğurlarını dünya ictimaiyyətinə çatdırmaqda, dünya mətbuatı səhifələrində çıxmasına vasitəçi olmaqda məsuliyyətimizi artırır”.