Bu termini səsləndirməkdən qorxuram Sikorski

22.05.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Vahid Avropa ordusu heç vaxt yaranmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

“Mən bu termindən istifadə etməkdən ehtiyat edirəm. İnanıram ki, müxtəlif ölkələrin orduları heç vaxt birləşməyəcək. Amma bəziləri məsələni bu cür başa düşə bilir. Hazırda Avropanın yaratdığı ordu deyil, çevik reaksiya verən qüvvədir”, – deyə o bildirib.

Qeyd edək ki, bir neçə ay əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Silahlı Qüvvələrinin yaradılmasını istəyib.

O qeyd edib ki, ölkəsi vahid Avropa ordusu üçün əsas ola bilər.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью