Bu termoslar geri çağırılır 3 nəfəri kor edib

05.05.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyaca məşhur termos istehsalçısı "Thermos" təhlükəsizlik riskləri səbəbindən milyonlarla məhsulunu geri çağırıb.
Demokrat.az xəbər verir ki, ABŞ-nin Consumer Product Safety Commission (CPSC) tərəfindən yayılan məlumata görə, geri çağırış ümumilikdə təxminən 8,2 milyon məhsulu əhatə edir. Bunlara 5,8 milyon “Stainless King” qida termosu və 2,3 milyon “Sportsman” qida və içki butulkası daxildir.
Qurumun açıqlamasında bildirilir ki, məhsulların qapaqlarında təzyiqi azaldan xüsusi klapanın olmaması ciddi risk yaradır. Uzun müddət bağlı qalan isti qida və ya maye qabın daxilində təzyiq yaradır və qapaq açılarkən qəfil və güclü şəkildə atıla bilər.
Bu səbəbdən şirkətə indiyədək 27 insidentlə bağlı müraciət daxil olub. Hadisələr nəticəsində istifadəçilər müxtəlif xəsarətlər alıb, bəzi hallarda tibbi müdaxilə tələb olunub. Üç nəfərin isə göz nahiyəsinə dəyən qapaq səbəbindən daimi görmə itkisi yaşadığı bildirilib.
Thermos şirkəti qeyd edib ki, təsirlənmiş məhsulların sahibləri yeni qapaq əldə etmək və ya məhsulu dəyişdirmək üçün müraciət edə bilərlər.
Qeyd edək ki, geri çağırış əsasən ABŞ bazarını əhatə etsə də, məhsulların digər ölkələrdə də istifadə olunduğu istisna edilmir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью