Bu təşəbbüsün dövlət üçün də iqtisadi üstünlükləri ola bilər” Mütəxəssis

28.10.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

“Elektrik enerjisinin günəş panelləri vasitəsilə istehsalı xarici enerji mənbələrindən asılılığı azalda və sistemin istismar xərclərini aşağı sala bilər. Nəticədə əhalinin mənzillərin qızdırılması üçün çəkdiyi xərcin əhəmiyyətli dərəcədə azalması mümkündür. Bununla belə, real qənaətin həcmi avadanlıqların səmərəliliyindən, quraşdırılma və texniki xidmət xərclərindən, eləcə də günəş enerjisinin sistemin tələbatını nə dərəcədə ödəməsindən asılı olacaq. Bu təşəbbüsün dövlət üçün də iqtisadi üstünlükləri ola bilər”.

İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a bildirib. Ekspert vurğulayıb ki, əgər ölkə daxilində istilik məqsədilə istehlak olunan təbii qazın müəyyən hissəsinə qənaət edilərsə, həmin qaz ixraca yönəldilə bilər:

“Azərbaycan qazı xarici bazarlarda daxili tariflərdən daha yüksək qiymətə satdığı halda, ixracdan əldə olunan gəlirlər arta bilər. Beləliklə, dövlətin ilkin mərhələdə istilik infrastrukturu qurulmasına çəkdiyi xərclər uzunmüddətli perspektivdə əlavə ixrac gəlirləri hesabına qismən kompensasiya oluna bilər”.

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью