Bu texnikaların 5 il müddətində ölkədən ixracına yol verilməyəcək Prezidentdən FƏRMAN

08.06.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikasının maliyyələşdirildiyi tarixdən 5 il müddətində ölkədən ixracına yol verilməyəcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Fərmana əsasən, güzəştlə alınmış aqrar texnika barədə məlumatlar real vaxt rejimində "Elektron kənd təsərrüfatı" informasiya sistemi vasitəsilə Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürüləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью