Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qələmzar Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsinə təyinat alıb.
O, əvvəllər 7 saylı poliklinikanın baş həkiminin müavini işləyib. Bu ilin iyulundan isə həm də baş həkimin səlahiyyətlərini müvəqqəti icra edirdi.
Xatırladasq ki, 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova bu ilin iyulunda vəzifəsindən azad olunub.
Qeyd edək ki, bu tibb müəssisəsi Bakının ən böyük poliklinikalarından biridir.