Bu tikinti şirkətləri ləğv olunur

31.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

"PALID COMPANY" MMC və "Bakı Mexanizasiya Tikinti" ASC şirkətləri ləğv olunduqlarını elan ediblər.

Teleqraf.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, "PALID COMPANY" MMC-nin əsası 2015-ci ildə qoyulub və şirkət müxtəlif növ tikinti materialları və aksessuarlarının idxalı ilə məşğul olub. Şirkətin Qarabağın yenidənqurmasında da fəaliyyəti olub.

"Bakı Mexanizasiya Tikinti" ASC isə 2009-cu ildə dövlət qeydiyyatına alınıb və Nizamnamə kapitalı 39,334 manat olub. Cəmiyyətin qanuni təmsilçisi isə Mürsəl Qəni oğlu Rzayevdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью