Bu toyda 8000 qonaq iştirak etdi, 7.5 milyon pul yığıldı

08.07.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Van şəhərində yenə səs-küyə səbəb olan toy keçirilib. 

BAKU.WS xəbər verir ki, iş adamı Kerem İnanın oğlu Yasin İnan,  Emin Bozdemirin qızı Zilan Bozdemir ailə həyatı qurub. 

Cütlüyün toyunda 8000 qonaq iştirak edib. Məclis zamanı qonaqlara 1 ton ətdən müxtəlif təamlar hazırlanıb. 

Gəlin Zilana 1.5 kilo qızıl taxılıb. Bəyin üzərinə 7.5 milyon lirə (təxminən 318 750 AZN) pul taxılıb.

Daha sonra həmin pullar bir neçə şəxs tərəfindən sayılaraq böyük çamadana doldurulub. 

Toydan sözügedən kadrları təqdim edirik:

View this post on Instagram

A post shared by Haberlercom (@haberlercom)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью