Bu, Trampı narahat etmir “Bizim ordu onların hamsından güclüdür”

10.03.2025

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Donald Tramp Rusiya, Çin və İranın birgə hərbi təlimlərindən narahat deyil. 

“AzPolitika” xəbər verir ki, ABŞ Prezidenti bunu jurnalistlərlə söhbəti zamanı deyib.

O iddia edib ki, ABŞ ordusunu yenidən qurub və hamıdan güclüdür: “Çünki biz hamıdan güclüyük, onların hamısından daha çox gücümüz var. Mən ordunu yenidən qurmuşam".

Sabah ABŞ və Ukrayna arasında danışıqlar fonunda Hind okeanının şimalında Rusiya, Çin və İran arasında birgə hərbi dəniz təlimləri başlayacaq. Orada Cənubi Afrika Respublikası, Oman, Qazaxıstan, Pakistan, Qətər, İraq, BƏƏ və Şri-Lankadan nümayəndələrin müşahidəçi qismində iştirak edəcəyi bildirilir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью