Axar.az saytına istinadən Icma.az xəbər verir.
“SpeysX” şirkətinin yaratdığı “Starlink” peyk rabitə şəbəkəsinin hərbi versiyası olan “Starshield” terminallarında sürət məhdudiyyətinin tətbiqi növbəti pis xəbərdir. Bu məhdudiyyət ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiyanın işğalı altında olan Ukrayna ərazilərinə münasibətinin dəyişdiyinə işarə edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“İşin təəssüf doğuran tərəfi odur ki, sürət məhdudiyyətləri bütün cəbhə xətti boyunca və Ukraynanın işğal olunmuş ərazilərində qüvvədə qalır”, – deyə Zelenski bildirib.
O, Ukraynanın Müdafiə və Xarici İşlər nazirliklərinin bu məsələni ABŞ-ın müvafiq qurumları ilə müzakirə edəcəyini gözlədiyini qeyd edib:
“Ukraynanın işğal olunmuş əraziləri bizim suveren ərazimizdir və orada sürətin məhdudlaşdırılması çox pis mesajdır”.
Zelenskinin sözlərinə görə, bu məhdudiyyət Ukrayna ordusunun reaktiv “Şahid” dronlarını ələ keçirmək və digər pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarını zəiflədir.