Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. ABŞ-ın Paris iqlim sazişindən çıxması dünya üçün ölümcül siqnaldır.
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek deyib.
Habek bu qərarı tarixi uğursuzluğun başlanğıcı kimi qiymətləndirib: “İqlim siyasəti əsas əhəmiyyət kəsb edir.
Siyasətçilərin fəaliyyəti son nəticədə onların qlobal istiləşmə ilə mübarizəyə töhfə verib-verməmələri ilə ölçülür”.
Qeyd edək ki, Donald Tramp ABŞ prezidenti kimi fəaliyyətə başladığı ilk gündə imzaladığı sərəncamlardan biri də ölkəsinin Paris iqlim sazişindən çıxarılmasıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.