Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Sülh Şurası yaradıb və ora artıq Rusiya Prezidenti Vladimir Putini dəvət edib.
Qonşu ölkəyə qarşı işğalçı müharibə aparması onun “sülh hakimi” olmasına, görünür, maneə sayılmır.
Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus”un analitiki Ayvor Bennet yazıb.
“Əgər Donald Tramp bu ironiyanı dərk etmirsə, ukraynalılar onu mütləq görür.
Təxminən dörd ilə yaxındır Rusiya raket hücumları altında yaşayan Kiyev, şübhəsiz ki, ABŞ prezidentinin Vladimir Putini Qəzza üzrə Sülh Şurasına qoşulmağa dəvət etməsinə hiddətlənəcək”, – deyə materialda qeyd olunub.
Qeyd olunur ki, yeni yaradılmış Şura atəşkəsə nəzarət etməyi hədəfləyir. Halbuki Tramp Ukraynada məhz bunu əldə edə bilməyib.
Moskva hələ də “tam sülh razılaşması olmadan heç bir atəşkəs yoxdur” mantrasına sadiq qalır.