Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
“Fənərbağça”nın prezidenti Sadettin Saran N’Qolo Kantenin transferinə şərait yaratdığı üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Publika.az xəbər verir ki, Fransalı yarımmüdafiəçi sənədlərindəki problemlərə baxmayaraq, “Əl-İttihad”dan Türkiyə klubuna qoşulub.
“Klubumuz dünya futbolunun ən əhəmiyyətli oyunçularından biri olan N’Golo Kantenin transferini uğurla başa çatdırdı.
Həm “Fənərbağça”nın, həm də bütövlükdə Türkiyə futbolunun inkişafına töhfə verəcək bu prosesin uğurla başa çatmasında göstərdiyi əhəmiyyətli dəstəyə görə öz adımdan və klubumuz adından Prezidentimiz Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirmək istəyirəm.
Qeyd etmək lazımdır ki, bütün bu proses boyunca “Fənərbağça”nın böyük azarkeşlərinin klublarına olan inamı, güclü dəstəyi və bizə aşıladıqları inam bizim üçün ən böyük motivasiya və güc mənbəyi olub. İndi isə bu gücü meydana çıxarmağın və komandamızı dəstəkləməyin vaxtıdır”.