Bu tranzit yükdaşımalarından daha çox gəlir əldə etməsinə şərait yarada bilər Mütəxəssis

11.09.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Orta Dəhliz, Şimal-Cənub marşrutu, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur istiqamətində kommunikasiyaların açılması Azərbaycanın tranzit yükdaşımalarından daha çox gəlir əldə etməsinə şərait yarada bilər”. 

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli söyləyib. Ekspertin dediyinə görə, logistika mərkəzlərinin, anbarların, gömrük və nəqliyyat xidmətlərinin inkişafı yeni biznes imkanları və iş yerləri formalaşdıracaq:

"Ən mühüm məqam isə Azərbaycanın sadəcə yükün keçdiyi ölkə deyil, həmin yükə əlavə dəyər yaradan logistika və ticarət mərkəzinə çevrilməsidir. Yüklərin burada çeşidlənməsi, saxlanması, qablaşdırılması və digər xidmətlərin göstərilməsi tranzitdən əldə olunan gəliri əhəmiyyətli dərəcədə artıra bilər”.

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью