Bu türk dövləti Göyçəyə giriş əldə etdi

18.10.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan və Qırğızıstan Sevan(Göyçə) və İssık-Kul göllərinin qorunması istiqamətində əməkdaşlıq edəcək.

Turkustan.az “Armenpress”ə istinadən verdiyi məlumatına görə, müvafiq memorandum Qırğızıstan Prezidenti Sadır Japarovun Ermənistana rəsmi səfərinin yekunları çərçivəsində imzalanıb.

Ermənistanın ətraf mühit naziri Hambartsum Matevosyan sənədin müddəalarını açıqlayaraq bildirib ki, memorandum göl ekosistemlərinin öyrənilməsi və monitorinqi, yerli balıq növlərinin qorunması, suyun çirklənməsinin qarşısının alınması, eləcə də iqlim dəyişikliyinin təsirlərinin qiymətləndirilməsi sahələrində təcrübə və elmi məlumat mübadiləsini nəzərdə tutur.
Nazirin sözlərinə görə, əməkdaşlıq çərçivəsində Sevan Milli Parkı ilə İssık-Kul gölü ətrafındakı xüsusi mühafizə olunan təbiət əraziləri arasında birbaşa əlaqələr qurulacaq.
Göyçə gölü indiki Ermənistanın Geğarkunik vilayətində yerləşir və rəsmi olaraq Sevan adlandırılır. Azərbaycan tarixşünaslığında və tarixi coğrafiya ədəbiyyatında isə Göyçə adı geniş işlədilir.
Göyçə mahalı Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur. Bölgə uzun müddət İrəvan xanlığının tarixi coğrafiyası ilə əlaqəli olub, burada azərbaycanlıların yaşadığı kəndlər və formalaşmış mədəni ənənələr mövcud olub. XIX və XX əsrlərdə bölgənin demoqrafik mənzərəsi dəyişib, azərbaycanlı əhali müxtəlif dövrlərdə doğma yurdlarından köçürülüb və deportasiyalara məruz qalıb. Bu hadisələr Göyçə ilə bağlı tarixi yaddaşın mühüm hissəsini təşkil edir.

Türk dövləti Qırğızıstanla imzalanan memorandumun rəsmi predmeti ətraf mühitin qorunmasıdır. Göyçənin Azərbaycan tarixindəki yeri isə bu coğrafiyanın yalnız təbiət obyekti deyil, həm də tarixi və mədəni yaddaş məkanı olduğunu xatırladır.

/Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью