Bu türk dövlətində prezident baş naziri istefaya göndərdi

16.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

Qırğızıstan prezidenti Sadır Japarov ölkə hökuməti sədrinin istefası haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Akılbek Japarovun Nazirlər Kabinetinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb”, - mətbuat xidmətinin məlumatında deyilir.

Həmçinin qeyd olunur ki, baş nazir eyni vaxtda Qırğızıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən də azad edilib.

Adəm Abbaslı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью